Müalicə-profilaktika müəssisələri üçün sərnişin liftləri (xəstəxana liftləri)

Xəstəxana liftləri müalicə-profilaktika müəssisələrində (xəstəxanalarda) sərnişinlərin daşınması üçün quraşdırılır. Bu növ liftlər xəstələrin xərək ilə daşınması üçün imkan yaradır. Xəstəxana liftlərindən xəstələr ilə yanaşı ziyarətçilər də istifadə edirlərsə, xəstənin tibbi personalın müşayiətilə istənilən mərtəbəyə digər mərtəbələrin çağırışlarını yetirmədən daşınması üçün kabində çağırış rejimi quraşdırıla bilər. Xəstəxana liftlərinin işləmələri müştərinin istəyinə uyğun olur.